» » Diaspor rəhbəri Fuad Muradovun qəbuluna gəlib

Diaspor rəhbəri Fuad Muradovun qəbuluna gəlib

Bölmə: GÜNDƏM
Diaspor rəhbəri Fuad Muradovun qəbuluna gəlib
Görüşdə Kanadadakı Azərbaycan icmasının problemləri və s. məsələlər müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsində olan Azərbaycan-Kanada Dostluq Assosiasiyasının rəhbəri Esmira Əsədova Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Xalqinfo.az xəbər verir ki, görüşdə Kanadadakı Azərbaycan icması, onların problemləri, diaspor təşkilatlarının fəaliyyəti geniş müzakirə edilib. Kanadada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, ölkəmizin daha yaxşı tanıdılması, Qarabağ həqiqətlərinin təbliği ilə bağlı gələcək planlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri Fuad Muradov qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı təşkilat rəhbərinə öz tövsiyələrini verib.

Esmira Əsədova hələ 1990-cı illərdə Kanadada Azərbaycan diasporunun formalaşması istiqamətində görülən işlərdən, məhz onun təşəbbüsü və aparıcılığı ilə həmin illərdə Kanadanın ingilis və fransız dilli televiziyasında Azərbaycan dilində proqramların yayımlanmasından söhbət açıb. Daha sonra soydaşımız Diaspor TV-yə müsahibə verib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler