» » Azərbaycanlı “prokuror” Türkiyədə həbs olundu -

Azərbaycanlı “prokuror” Türkiyədə həbs olundu - Fotolar

Bölmə: GÜNDƏM
Azərbaycanlı “prokuror” Türkiyədə həbs olundu - Türkiyənin Bursa şəhərində aralarında bir azərbaycanlının da olduğu 5 nəfərdən ibarət cinayət dəstə yaxalanıb.

Xalqinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, özlərini telefonda “prokuror” və “polis” kimi təqdim edən dəstə üzvləri 74 və 64 yaşlı iki şəxsi aldadaraq 368 min lirələrini (təxminən 100 min AZN) əllərindən alıblar.

Fırıldaqçılar "polis" və ya "prokuror" adı ilə qurbanlara zəng edərək bankdakı pullarının FETÖ terror təşkilatı tərəfindən istifadə edildiyini bildiriblər. Daha sonra həmin şəxslərin hesablarından çıxardıqları pulları görüş yerində alaraq yoxa çıxıblar.

Dəstə üzvləri polisin növbəti qurbanla birgə işbirliyi sayəsində ələ keçiblər. Onların arasında S.Z adlı 26 yaşlı azərbaycanlı da olub.

Polisdə ifadələri alındıqdan sonra məhkəmənin hökmü ilə 5 nəfər haqqında həbs qərarı verilib.

Azərbaycanlı “prokuror” Türkiyədə həbs olundu -
Azərbaycanlı “prokuror” Türkiyədə həbs olundu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler