» » Erməni baş nazir stilistini özünə köməkçi təyin edib

Erməni baş nazir stilistini özünə köməkçi təyin edib

Bölmə: GÜNDƏM
Erməni baş nazir stilistini özünə köməkçi təyin edibErmənistanın baş naziri Nikol Paşinyan ailə stilistini özünə köməkçi təyin edib.

Xalqinfo.az erməni KİV-nə istinadən xəbər verir ki, məlumatı baş nazirin mətbuat xidməti də təsdiqləyib.

Yerli KİV-in yazdığına görə, stilist Sofiya Navasardyan bu vəzifəyə rəsmi səfərlərdə Paşinyanın həyat yoldaşının imici ilə məşğul olması üçün təyin edilib.

Baş nazirin mətbuat katibi bildirib ki, Navasardyan baş nazirin köməkçisi kimi yenə əvvəlki işi ilə məşğul olacaq. Onun sözlərinə görə, digər ölkələrdə də dövlət başçısının şəxsi stilistinin olması praktikası var.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler