» » Generalın oğurladığı əsgər yeməkləri ələ keçdi

Generalın oğurladığı əsgər yeməkləri ələ keçdi

Bölmə: GÜNDƏM
Generalın oğurladığı əsgər yeməkləri ələ keçdiDeputat toxunulmazlığı əlindən alınan general-leytenant Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgər yeməklərini gizlətməyə çalışıb.

Xalqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, polis paytaxtın mərkəzi küçəsində “UAZ” və “QAZ” markalı maşına baxış keçirib. Avtomobillərdən əsgərlər üçün nəzərdə tutulan, üzərində “Satış üçün deyil, əsgər yeməyidir” yazılmış 2980 qutu ət konservası aşkarlanıb. Saxlanılan sürücülər bildirib ki, yeməkləri daşımaq barədə tapşırığı Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan verib. Sürücülər saxlanılıb, məsələ araşdırlır.

Onu da qeyd edək ki, sözügedən hadisədən sonra Nazik Amiryanın özünə qəsd etməsi barədə məlumat yayılıb. Amiryan feysbuk vasitəsilə canlı yayım açaraq intihar xəbərini təkzib edib.

Generalın oğurladığı əsgər yeməkləri ələ keçdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler