» » Gürcüstanda baş nazir postuna 36 yaşlı namizəd

Gürcüstanda baş nazir postuna 36 yaşlı namizəd

Bölmə: GÜNDƏM
Gürcüstanda baş nazir postuna 36 yaşlı namizədGürcüstanda baş nazir Giorgi Kvirikaşvilinin prezidentlə fikir ayrılığı səbəbindən istefa verməsindən sonra bu posta yeni namizəd göstərilib.

Xalqinfo.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, iqtidardakı “Gürcüstan Arzusu - Demokratik Gürcüstan” partiyası yeni baş nazir namizədinin müəyyənləşməsi üçün iclas keçirib.

İclasda 36 yaşlı sabiq maliyyə naziri Mamuka Baxtadzenin namizədliyi təsdiqlənib.

Baxtadze Gürcüstanın Avro-Atlantik zonasına inteqrasiya prosesinin sürətləndirilməsi, faydalı iqtisadi addımları atılması və təhsil dəstək verilməsi üçün əlindən gələni edəcəyini söyləyib.

Qeyd edək ki, qanunvericiliyə əsasən baş nazir istefasından sonra 1 həftə ərzində yeni namizəd və nazirlər kabinetinin yeni tərkibinin siyahısı prezidentə təqdim edilməlidir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler