» » Zaxarova Qarabağ münaqişəsinin həlli prosesindən danışdı

Zaxarova Qarabağ münaqişəsinin həlli prosesindən danışdı

Bölmə: GÜNDƏM
Zaxarova Qarabağ münaqişəsinin həlli prosesindən danışdı“Ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq”

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Ermənistanda baş verən hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret hansı dəyişikliklərin ola biləcəyi sualına Rusiya XİN sözçüsü belə cavab verib:

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməyə davam edəcək.
Səmimi olaraq ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq. Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi baş verməməlidir.

Bu, vəziyyəti daha da dərinləşdirməkdən başqa heç nəyə gətirib çıxarmayacaq. Çıxış yolu ancaq sülh və danışıqlar müstəvisində olmalıdır”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler