» » “Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi” -

“Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi” - Eldar İbrahimov

Bölmə: GÜNDƏM
“Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi” - Ermənistan baş naziri Serj Sarkisyanın vəzifəsindən istefa verib. Xalqinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, Sarkisyan rəsmi açıqlamasında deyib:

“Əziz soydaşlar, bütün Ermənistan vətəndaşlarına müraciət edirəm. Yaşlı nəsilə, qadınlara və kişilərə. Bütün günü və gecəni küçələrdə “Serj, get!” deyə çağırış edənlərə də, öz vəzifə borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara da. Gün ərzində canlı yayımda prosesləri izləyənlərdən tutmuş ictimai asayişi bərpa edənlərə də.

Cəbhədəki cəsur əsgər və zabitlərədən tutmuş, öz silah yoldaşlarıma qədər hər kəsə. Öz partiyadaşlarıma, bütün siyasi qüvvələrə və siyasi xadimlərə...

Dövlət başçısı kimi sonuncu dəfə müraciət edirəm.

Nikol Paşinyan haqlı idi. Mən yanılırdım. Yaranmış situasiyada bir neçə yol var, amma heç birinə əl atmayacam. Buna gedən deyiləm. Mən Ermənistanın rəhbəri, baş nazir postunu tərk edirəm. Küçədəki insanlar mənə qarşıdır. Mən sizin tələbinizi yerinə yetirirəm.

Bizim ölkəmizə sülh, harmoniya və sağlam məntiq arzulayıram. Təşəkkürlər”.

Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında Sarkisyanın istefa xəbərinə sevindiyini dilə gətirib.

“Mənə xoş xəbər verdiniz. Artıq Sarkisyan baş nazirlikdən getdi. Əlbəttə, Azərbaycan xalqının qanına əli bulaşan birinin istefaya getməsi hər bir azərbaycanlını, o cümlədən də məni sevindirir. Onun əli xalqımın qanına batıb. ATƏT-in tədbirləri çərçivəsində olanda ermənilərlə görüşlərimiz olub. Onlar səmimi söhbət zamanı deyirdilər ki, “bizə Qarabağ lazım deyil. Ermənistan bütün beynəlxalq layihələrdən təcrid olunub. Ermənistan dağılır, insanlar acından ölür. Bizim Qarabağla nə işimiz var?!”.

Erməni xalqı bundan sonra Dağlıq Qarabağa kiminsə yaxın gəlməsinə imkan verməz. İnanıram ki, əsl ağıllı bir Yerevan ermənisi hakimiyyətə gəlib işğal altında olan torpaqlarımızın azad olunmasına şərait yaradacaq. Bizə də bu lazımdır. Ona görə də Sarkisyanın istefa xəbəri məni çox sevindirir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler