» » Bakıda ATƏT PA-nın beynəlxalq konfransı işə başlayıb

Bakıda ATƏT PA-nın beynəlxalq konfransı işə başlayıb

Bölmə: GÜNDƏM
Bakıda ATƏT PA-nın beynəlxalq konfransı işə başlayıb
Martın 13-də Bakıda “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Xalqinfo.az AzərTac-a istinadən xəbər verir ki, konfrans Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə keçirilir.

Konfransı açan Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, konfrans çərçivəsində “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi”, “Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” və “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzularında panel iclaslar keçiriləcək.

İki gün davam edəcək konfransın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Diqqətə çatdırılıb ki, ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb. Əgər qrup yaranan vaxt 17 ölkə onun üzvü idisə, bu gün üzvlərin sayı 22-yə çatıb. Bu da Avropa ölkələrinin Azərbaycanın təşəbbüsünə marağının göstəricisidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler