» » İdlibdə gərginlik: razılaşma pozuldu, Türkiyə təklənir

İdlibdə gərginlik: razılaşma pozuldu, Türkiyə təklənir

Bölmə: GÜNDƏM
İdlibdə gərginlik: razılaşma pozuldu, Türkiyə təklənirSuriyada Əsədin ordusu havadan Rusiyanın, yerdən İranın dəstəyi ilə İdlib vilayətində hücum əməliyyatları keçirir. İdlib Astana formatı çərçivəsində Rusiya, İran və Türkiyə arasında razılaşdırılmış 4 deeskalasiya zonasından biridir və burada gərginliyin azaldılması işlərinə Rusiya və İranla yanaşı, Türkiyə də məsuldur.

Axar.az xəbər verir ki, bu haqda politoloq Şahin Cəfərli yazıb. O qeyd edib ki, qələbələrdən ruhlanan Əsəd Rusiya və İranın bilavasitə iştirakı ilə İdlibi də öz nəzarəti altına almağa çalışır və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna (ASO) bağlı qruplara zərbələr endirir, onları həmin ərazilərdə sıxışdırır:

“Halbuki razılığa əsasən, orada hökumət qüvvələri ilə “mötədil” adlandırılan qruplar arasında döyüşlər, o cümlədən Rusiya aviasiyasının bombardmanları dayandırılmalı idi. Bundan başqa, Türkiyə İdlibdə 12 müşahidə məntəqəsi yaratmalıydı, lakin hələ ki cəmi 3 məntəqə yarada bilib və dördüncünü qurmağa çalışır. Türkiyə haqlı olaraq Astana razılaşmalarının pozulmasına etirazını bildirdi. Moskva isə razılaşmaların Türkiyəyə yaxın qruplar tərəfindən pozulduğunu iddia edir, hətta özünün hərbi bazalarına 13 ədəd pilotsuz uçuş aparatı vasitəsilə təşkil olunan hücumun həmin qrupların nəzarətindəki ərazilərdən həyata keçirildiyini bildirir. Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi Türkiyə ordusunun Baş Qərargah rəisinə və MİT rəhbərinə məktub göndərib.

ABŞ-ın Türkiyənin terror təşkilatı saydığı PYD-YPG-yə aktiv dəstəyi davam edir, Fransa isə YPG-nin qurduğu və İŞİD üzvü olan Fransa vətəndaşlarının da mühakimə olunacağı məhkəmələrin qərarlarını tanıyacağını bildirib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler