» » İlqar Məmmədovla bağlı sorğuya martın 31-dək cavab verilməlidir

İlqar Məmmədovla bağlı sorğuya martın 31-dək cavab verilməlidir

Bölmə: GÜNDƏM
İlqar Məmmədovla bağlı sorğuya martın 31-dək cavab verilməlidirREAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının Azərbaycanda icra edib-etməyəcəyi məsələsinə dair Avropa Şurası Nazirlər Komitəsi tərəfindən göndərilən sorğu gündəmdən düşmür.

Bununla bağlı olaraq Avropa İnsan Hüquqları Məhkəməsindən Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova məktub göndərilib.

Bu barədə Modern.az-a İ.Məmmədovun vəkili Fuad Ağayev bildirib.

F.Ağayev qeyd edib ki, məktubda sorğuya baxılması üçün məhkəmənin sədri Qvido Raymondi başda olmaqla Böyük Palatanın tərkibi elan edilir:

“Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və bizə sorğu ilə bağlı yazılı şərhlərin 31 mart 2018-ci il tarixinə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir”.

REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler