DTX və XKX-nin dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində - VəzifələriBölmə: GÜNDƏM
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) Azərbaycan Respublikasının dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələri müəyyənləşib.“Xalqinfo”nun məlumatına görə, bu, bu gün prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında" sərəncamında əksini tapıb. Bu sahədə terrorçuluqla mübarizə, dənizdə hüquq mühafizə fəaliyyəti vəzifələrinin yerinə yetirilməsində DTX Daxili İşlər Nazirliyi ilə birlikdə əsas, XKX Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkəti və digər neft şirkətləri, Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə dəstək tipli dövlət qurumu statusunda çıxış edəcək. Bununla bərabər, dənizdə ərazi bütövlüyünün və suverenliyin qorunması, dənizdə enerji infrastrukturunun mühafizəsi, dənizdə məlumatların toplanması və təhlili, Azərbaycanın ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, Azərbaycan donanmasının səfərbərlik hazırlığının təmin edilməsi vəzifələrinin yerinə yetirilməsində DTX və XKX dəstək tipli dövlət qurumu funksiyasını yerinə yetirəcək. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|