» » Azərbaycan “Tatra” istehsal edəcək

Azərbaycan “Tatra” istehsal edəcək

Bölmə: GÜNDƏM
Azərbaycan “Tatra” istehsal edəcək
Azərbaycanın Çexiyadakı səfirliyində “Gəncə avtomobil zavodu” və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, memorandumu “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Tatra” şirkətinin idarə heyətinin sədri Petr Rusek imzalayıb. Əldə edilmiş razılaşmaya əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının istehsalına başlanacaq.

Memorandumun imzalanması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan-Avropa Ticarət Palatasının rəhbərliyi və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirin açılışında çıxış edən F.Şəfiyev “Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qiymətləndirib və eyni zamanda Çexiya şirkətinin “Gəncə avtomobil zavodu”na göstərdiyi etimadı təqdirəlayiq adlandırıb. Səfir həmçinin sözügedən Memorandumun imzalanmasının Azərbaycanın qeyri-neft sektoruna töhvə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Azərbaycan “Tatra” istehsal edəcək

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler