Azərbaycanlı qız erməni ilə duet oxuduBölmə: GÜNDƏM
Sosial şəbəkələrdə erməni və azərbaycanlı qızların “Mi gna” (“Getmə”) adlı məşhur kompozisiyanı birlikdə oxuduqları video yayımlanıb. “Xalqinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, videoda Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birlikdə oxuyur. Videonu “İnstagram”da öz qrupunda erməni qruplarından biri paylaşıb. Videoya şərhlərdə erməni istifadəçilər yazırlar: “Afərin!”, “Əhsən! Qoy yeni nəsil düşmənlik və qisas hisslərindən uzaq böyüsün”, “Pis millətlər yoxdur, pis adamlar var!”, “İranda ermənilərlə azərbaycanlılar yaxşı dostluq edir”, “Rusiyada bu mümkündür” və s. Xudoyan auditoriyaya xoş sözlərə görə minnətdarlığını bildirib. Lakin digər qəbildən şərhlər də olub. Məsələn, erməni istifadəçilərdən biri yazır: “Maraqlıdır ki, yalnız ermənilər dostluqdan danışır! Azərbaycanlılardan soruşmusunuz – bəlkə onlar sizinlə dostluq etmək istəmir?!” |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|