MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 634
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('“Lavrovun Azərbaycana səfir planı baş tutmayıb” - “Zuyevi səfir kimi Bakıya göndərmək planı məhz Dağlıq Qarabağla bağlı Lavrovun qurduğu oyunun tərkib hissəsidir”Noyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalasa da, hələ səfir postu boş saxlanılır. Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini dəstəklədiyi barədə informasiya yayılıb. Ardından bəzi media orqanlarında Azərbaycan tərəfinin G.Zuyevin təyinatına aqreman vermədiyini və səbəbdən Zuyevin namizədliyinin arxa plana keçirilməli olduğunu yazıb. G.Zuyev xarici işlər naziri Sergey Lavrovun yaxın adamı və qatı ermənipərəst, anti-Azərbaycan mövqeyində olduğu bildirilir.Planının baş tutmadığını görən S.Lavrov isə bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycan hökumətindən Georgi Zuyev üçün aqreman istəmədiyini deyib.Lakin boş olan səfir postuna kimin namizədliyinin olduğu, təyinatın nədən hələ də gerçəkləşdirilmədiyi barədə bir söz deməyib.Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a bildirdi ki, səfir təyinatı məsələsində düyün yarandığını söyləmək üçün kifayət qədər əsaslar var: “Əvvəla, Sergey Lavrov açıq riyakarlıq edir. Çünki Zuyevin namizədliyi hələ Duma yay tətilinə getməzdən öncə orada müzakirəyə çıxarılıb qəbul edilmişdi. Sonra da bu barədə rəsmi informasiya Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmişdi. Yəni bu Rusiya tərəfindən həll edilmiş məsələ idi. İndi bunu danmaq və ”Rusiya böyük dövlətdir və heç kim onunla səfirini qəbul edə bilməz\" kimi görüntü yaratmağa çalışmaq Lavrovun özünü gülünc duruma salır. Lavrov əslində bir diplomat kimi deməli idi ki, belə hallar diplomatiyada olur və dövlətlər arasında belə şeylərin baş verməsi mümkündür. Lakin Lavrov bunu özünə sığışdırmır və nümayiş etdirmək istəyir ki, guya belə bir şey olmayıb. Baş vermiş hadisənin dünyaya yayılmasının qarşısını almaq, özünün planının baş tutmadığı barədə birmənalı rəy yaranmasına mane olmaq üçün hər şeyi danır. Amma artıq gecikib. Rusiyanın ingilis dilli mətbuatı bu məsələni araşdırıb və məlumatı yayıb.Yeni səfirin Azərbaycana göndərilməsinin isə gecikməsinə gəlincə, doğrudur Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, gələn ilin yanvarın əvvəlində Rusiya Azərbaycana öz səfirini göndərəcək. Yəni Zaxarovanın dediyi vaxta hələ bir müddət qalıb. Amma mənim zənnimcə, səfir postuna namizədlərin razılaşdırılması məsələsində bir düyün meydana gəlib. Bu düyünün çözülməməsi məsələni ləngidir. Rusiya son zamanlar Dağlıq Qarabağla bağlı münasibətlərdə Ermənistanın işinə yaraya biləcək addımlar atır. Məsələn, Zuyevin timsalında ermənipərəst bir səfiri Azərbaycana göndərmək planı məhz Dağlıq Qarabağla bağlı Lavrovun qurduğu oyunun tərkib hissəsidir. Mən heç də istisna etmirəm ki, yenə də hansısa bir namizədi Azərbaycana təklif edə bilərlər və Bakı yenə də onun namizədliyi ilə bağlı haqlı olaraq etirazını bildirər. Yəni bu dəfə rəsmi yazılı şəkildə namizədi göndərmək yox, şifahi surətdə bir növü ilkin nəbz yoxlaması kimi ola bilər\".Politoloq vurğuladı ki, hər bir halda Rusiya kimi böyük bir dövlətin belə həssas bir nöqtəni səfirsiz saxlaması kifayət qədər qeyri-adi və suallar doğuran məsələdir: “Rusiyanın bu məsələdə qürur nümayiş etdirməsi, yuxarıdan aşağı ifadələrlə-”Azərbaycana səfir məsələsində tələsməyə ehtiyac yoxdur\" kimi açıqlama ilə Azərbaycanın Zuyev məsələsində mövqeyinə adekvat təpki vermək istəyi sezilir. Əslində Azərbaycan kimi önəmli ölkəyə səfir göndərilməsi Rusiyaya ciddi şəkildə lazımdır. Bu məsələdə hansısa uydurmalara əl atılması Lavrovun əl altından apardığı anti-Azərbaycan siyasətinin bir növü ifşası ilə bağlı ola bilər. Böyük ehtimalla Lavrovun Azərbaycana səfir planı baş tutmayıb. Lavrovun Zuyevlə bağlı atdığı addımın boşa çıxması Rusiya hakimiyyətini, xüsusən də prezident Vladimir Putini daha diqqətli olmağa vadar edə və Azərbaycana səfir müəyyən etmək məsələsini Lavrovdan alıb başqalarına tapşırması ilə nəticələnə bilər. Ona görə də məsələ bir qədər uzana bilər\".') AND id != 65465 AND approve=1 AND date < '2024-04-19 07:34:23' LIMIT 5