» » “Qətər Azərbaycanın problemlərinin həllində mühüm rol oynayıb”

“Qətər Azərbaycanın problemlərinin həllində mühüm rol oynayıb”

Bölmə: GÜNDƏM
“Qətər Azərbaycanın problemlərinin həllində mühüm rol oynayıb”
Bu gün Qətər Dövlətinin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində mərasim təşkil olunub.

Xalqinfo.az APA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən Qətərin ölkəmizdəki səfiri Yusif Bin Həsən Əl Sai deyib ki, Azərbaycan və Qətər arasında bütün müstəvilərdə yüksələn xətlə inkişaf etməkdə olan özünəməxsus qarşılıqlı münasibətlər mövcuddur.

Səfir bildirib ki, bu münasibətlər bitməkdə olan bu il ərzində də önəmli şəkildə inkişaf edib.

Tədbirdə çıxış edən Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Qətər Azərbaycanın bir çox problemlərinin həllində mühüm rol oynayıb.

Nazirin sözlərinə görə, Qətər dinamik inkişafı sayəsində ən zəngin iqtisadiyyat ölkəsinə çevrilib: "Xalqımızın mədəniyyət və dininin beynəlxalq aləmdə üst-üstə düşməsi bizi daha da yaxınlaşdırır. Qətər və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir".

Nazir qeyd edib ki, Azərbaycan hər zaman Qətərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir.

Qətər və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın inkişaf etdiyini vurğulayan K.Heydərov deyib ki, hər iki ölkə başçıları arasında səmimi əlaqələr əməkdaşlığın yüksək tempdə inkişafına səbəb olur: "İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq davam edir. Qətər və Azərbaycan fövqəladə halların idarə olunması sahəsində də əməkdaşlıq edir. Ölkələrimiz arasında texniki, ticarət, kənd təsərrüfatı, turizm kimi sahələrdə saziş imzalanıb. 2016-cı ildə ötən illərlə müqayisədə ticarət dövriyyəsi 30 dəfəyə yaxıb artıb. Əlaqələrin növbəti illərdə daha da genişləndiriləcəyinə ümid edirəm".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler