» » Uçuş aparatları vergidən azad olunur

Uçuş aparatları vergidən azad olunur

Bölmə: GÜNDƏM
Uçuş aparatları vergidən azad olunurAzərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur.

Xalqinfo.az-ın məlumatınagörə, bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir.

Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni bənd-164.1.38-ci bəndi əlavə edilir.

Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler