» » Ermənistandan gözlənilməz addım -

Ermənistandan gözlənilməz addım - Sürix protokollarını ləğv edir

Bölmə: GÜNDƏM
Ermənistandan gözlənilməz addım - Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 2009-cu ildə ildə Türkiyə ilə imzalanan, ikitərəfli əlaqələrin normallaşdırılmasına yönələn protokolları ləğv edəcəklərini açıqlayıb.

Xalqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nalbandyan Türkiyənin protokolların ruhuna uyğun davranmadığını iddia edib: “Ermənistan prezidenti (Serj Sarkisyan) sentyabrda İrəvanın protokolları etibarsız sayacağını söylədi. O zamandan bəri qüvvəyə minməsi yönündə müsbət addım atılmadı. Bu səbəbdən də 2018-ci ilin yazını bu protokollar olmadan keçirəcəyik”.

Nalbandyan əlavə edib ki, həmin sənədlər daimi girovluqda qala bilməzlər.

Qeyd edək ki, iki ölkə arasında münasibətləin normallaşmasını təmin etmək üçün 2009-cu ildə Sürix şəhərində protokollar imzalanıb. Türkiyə parlamenti protokolu ratifikasiya etməyib. Şərt ondan ibarət olub ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler