» » Qənirə Paşayeva iraqlıları Azərbayacan dəvət edib

Qənirə Paşayeva iraqlıları Azərbayacan dəvət edib

Bölmə: GÜNDƏM
Qənirə Paşayeva iraqlıları Azərbayacan dəvət edibİraqda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva bu ölkənin dövlət televiziyasına, El İrakiya, El Reşid, El Hura İrak, Al Mashrik, Al İrakiye, Al Turkmaniye telekanallarına, bir sıra radiolara, qəzet və xəbər agentliklərinə müsahibəsində və Al İraqiye Al Turkmaniye dövlət televiziyasının canlı yayımında Azərbaycan həqiqətləri, xüsusilə Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə danışıb.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasına dönə bilmir.

Modern.az-ın məlumatına görə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, rəsmi İrəvan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur.

Milli Məclisin deputatı Azərbaycanın iqtisadi inkişafı, turizm potensialı, zəngin mədəniyyəti, ölkəmizdəki multikultural və tolerant mühitdən də söhbət açıb və İraqlıları ölkəmizə dəvət edib.

Azərbaycan-İraq münasibətləri ilə bağlı geniş fikirlərini söyləyən millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan bütün istiqamətlərdə İraqla əməkdaşlığın inkişafında maraqlıdır və əlaqələr getdikcə daha da genişlənir.

Millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycanı İraqla bu ölkədə yaşayan 3 milyon Türkman soydaşımız daha da möhkəm tellərlə bağlayır. İraq Türkmanları barədə də geniş fikirlərini söyləyən millət vəkili Q.Paşayeva "onlar mutlu olanda biz də yaxşı oluruq, onlar üzüləndə biz də üzülürük" deyərək bu istiqamətdə də bir sıra ciddi mesajlar verib. Azərbaycanın erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu vurğulayan millət vəkili Q.Paşayeva terrorla mübarizədə dünyada ikili standartlar olmamalıdır və biz bu ikili standartlardan əziyyət çəkən bir xalq olaraq terrorla mübarizədə İraqı dəstəkləyirik və eyni yanaşmanı da hər kəsdən özümüzə qarşı gözləyirik deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler