» » Binali Yıldırımdan ABŞ-a xəbərdarlıq:

Binali Yıldırımdan ABŞ-a xəbərdarlıq: "Dinlərarası toqquşma ola bilər"

Bölmə: GÜNDƏM
Binali Yıldırımdan ABŞ-a xəbərdarlıq: Qüdsün İsrail paytaxtı kimi tanınması dinlərarası toqquşmaya gətirib çıxara bilər.

Bunu Türkiyənin Baş naziri Binali Yıldırım bəyan edib.

B.Yıldırım qeyd edib ki, ABŞ Qüdsü İsrail paytaxtı kimi tanımamalıdır:

"Bu, beynəlxalq hüquqa ziddir".

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatların Qüdsü İsrail Dövlətinin paytaxtı kimi tanıyacağı təqdirdə rəsmi Ankaranın Təl-Əvivlə dipliomatik münasibətləri kəsə biləcəyini bəyan edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanımaq niyyəti olduğunu bəyan etmişdi. Seçkiqabağı kampaniya zamanı isə o, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyini vəd etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler