» » Ötən il 9885 azərbaycanlı Rusiya vətəndaşlığı alıb

Ötən il 9885 azərbaycanlı Rusiya vətəndaşlığı alıb

Bölmə: GÜNDƏM
Ötən il 9885 azərbaycanlı Rusiya vətəndaşlığı alıb  2016-cı ildə Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Statistika Federal Xidmətinə istinadən verdiyi məlumata görə, keçən il 9885 nəfər azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu göstərici, ümumilikdə, Rusiya vətəndaşlığı alan əcnəbilərin 3,7 faizini təşkil edib.

Qeyd edək ki, ümumilikdə isə 2016-cı ildə 265 min 319 nəfər əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. Ən çox Rusiya vətəndaşlığı alan ukraynalılar olub. 100 min 696 ukraynalı vətəndaşlığını Rusiya vətəndaşlığa dəyişib. Sonrakı yerləri 97 min 837 nəfərlə Qazaxıstan, 23 min 216 nəfərlə Özbəkistan, 23 min 12 nəfərlə Tacikistan, 22 min 264 nəfərlə Ermənistan, 17 min 397 nəfərlə Moldova, 9315 nəfərlə Qırğızıstan, 3582 nəfərlə Belarus tutub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler