» » Tüstü bacasından bal töküldü -

Tüstü bacasından bal töküldü - Video

Bölmə: GÜNDƏM
Tüstü bacasından bal töküldü - Heç vaxt arı saxlamayan Sabirabadın Hacıbəbir kənd sakini Ağazadə Məmmədov zəhmət çəkmədən kilolarla bala sahib olub. Çünki bal arıları onun evindəki tüstü bacasında yuva salıb.

Xalqinfo.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, tüstü bacasının içindən kilolarla bal çıxıb.

Ev sahibi odun sobası yandırmaq istəyəndə evə arılar daraşıb. Məlum olub ki, tüstü bacasının içi arı ilə doludur. Özü da bal arısı ilə.

Tüstü borusu arı şanı ilə tamamilə dolu olduğundan ev sahibi borunu təmizləmək qərarına gəlib. Bacanı sökərkən içi balla dolu olan arı şanlarını da kəsərək qazanlara doldurublar.

Sakinlər belə halla ilk dəfə qarşılaşdıqlarını bildirirlər.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler