» » Türkiyə prezidenti Azay Quliyevə təşəkkür etdi

Türkiyə prezidenti Azay Quliyevə təşəkkür etdi

Bölmə: GÜNDƏM
Türkiyə prezidenti Azay Quliyevə təşəkkür etdi
Bu gün İstanbulda Türkiyə prezidentinin təşəbbüsü ilə Türkiyə məzunlarının “Birlikte 25 yıl ve yeni işbirliği imkanları” mövzusunda 110 ölkənin iştirak etdiyi beynəlxalq konfrans keçirilib.

Xalqinfo.az xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırımın, Baş nazirin müavini Hakan Çavuşoğlunun, nazirlərin, millət vəkillərinin, iş adamlarının, səfirliklərin, QHT-lərin və medianın qatıldığı tədbirdə Türkiyə və Orta Doğu Amme İdaresi Enstitüsünün (TODAİE) məzunu, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev çıxış edib.

Azay Quliyev “Türkiyə və ilgili ölkələr arasındaki ikili ilişkilərdə işbirliyi imkanları”adlı çıxışında Türkiyə və Azərbaycan arasındakı isti münasibətlərin keçmişdən günümüzə kimi strateji tərəfdaşlığa qədər irəlilədiyini qeyd edib. Çıxışda Azərbaycan-Türkiyə münasibətlərinin indiki durumda olmasının təməlində Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” düşüncəsinin, iki toplumun qardaşlıq faktının olduğu vurğulanıb.

Azay Quliyev çıxışına davam edərək bildirib ki, sivil toplumun önəminin hər geçən gün artdığı bir dünyada Azərbaycan-Türkiyə sivil toplum ilişkiləri bağlamında çalışmaların yetərli qədər sıx olmaması ikili ilişkilerin ən ciddi əskikliklərinden biridir: " Bu mövzuda ciddi sıxıntı yaşandığını bilirik və iki ölkənin sivil toplum örgütlərinin bu açığın ortadan qaldırılmasında özəl bir rol oynaması gərəkdiyini düşünürük”.

Azərbaycanlı millət vəkili iki ölkənin Vətəndaş Cəmiyyətlərinin sıx iş birliyinin qurulması yönündə ortaq çalışmaların tapılmasının vacibliyinə toxunub. Onun sözlərinə görə Türkiyə və Azərbaycan QHT-lərinin Forumunun qurmaq, işgüzar Platforma halına gətirmək əsas hədəfimiz və qarşıdan duran vəzifə olmalıdır.
“Türkiyədə və Azərbaycanda illik toplantılar yapmak, Uluslararası platform oluşturmak, QHT-lərin Türkiyə və Azərbaycan dışında işbirliyi yapmak və iki ölkə üçün bir iş planı hazırlamaq bizim prioritetimiz olmalıdır”- deyə Azay Quliyev bildirib.

Azərbaycanlı millət vəkili diqqət yönəltdiyi digər məsələ Azərbaycan və Türkiyə millət vəkilləri arasında, sıx, səmimi və dostyana əməkdaşlığın mövcudluğudur. Parlamentarilərin bir-birini yaxından tanıması, beynəlxalq tədbirlərdə dəstək olması, qarşılıqlı rəsmi ziyarətlər, həm də ölkələrimiz arasında diplomatik əlaqələrin güclənməsində böyük yükə sahibdir. “Azərbaycan-Turkiyə Parlamentləri arasında dostluq və işbirliyi qrupunun təmsilçisi olaraq söyləmək istərdim ki, Parlamentlərimiz arasındakı əlaqələri daha da gücləndirmək amacıyla hər iki ölkənin millət vəkillərinin ortaq çalışma alanlarında qatqı verə bilməsi açısından bəlirli aralıqlarda toplantıların, ya da çalışmaların yapılması faydalı olacaq. Qafqaz coğrafyasında iş birliyinin artdığı və Türkiyənin də mühüm rol aldığı bu dönəmdə daha sıx münasibətlər qurulması bölgəsəl proseslərdə əhəmiyyətin artırılması yönündən də önəmlidir. Mən ATƏT PA başqan yardımçısı olaraq da bu məsələdə istər ikili ve ya uluslararası düzeydə dost və qardaş ölkə Türkiyəni dəstəkləməyə devam edəcəm”- deyə Azay Quliyev bildirib.

Çıxışında Azay Quliyev Bakı-Tiflis-Qars Dəmiryolu xəttinin açılması səbəbiylə hər iki xalqa xoş sözlərini, təbriklərini çatdırıb, bu layihənin dəyəri, dövlətlərimizə və xalqlarımıza verəcəyi böyük töhfədən danışıb. O bildirib ki, bu layihə Azərbaycan və Türkiyədən keçməklə Çinlə Böyük Britaniyanı bir-birinə bağlayacaq. Bu Azərbaycan və Türkiyənin çox böyük uğurudur. ATƏT PA vitse prezidenti bu ilin iyul ayında Minskdə yaradılan ATƏT PA İpək Yoluna Dəstək Qrupu haqda məlumat verib. Azay Quliyev deyib: “Buna yönəlik olaraq bildirim ki, 8 iyul 2017-ci ildə Azərbaycanın təklifi ilə Minskdə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu (SRG) quruldu. Qrupun ilk 17 qurucu ölkəsi arasında qardaş Türkiyə də var. Bu qrup qarşılıqlı iqtisadi və ticari İpek Yolu görəvləri ehtiva edir. Daha sonra 3 ölkənin qatıldığı və 20 ölkəni bir araya gətirən bu qrupun ilk uluslararası toplantısı 28-29 mart 2018-ci ildə Bakıda yapılacak. Türk məsləkdaşlarımı bu konfransa dəvət edirəm və ümid edirəm ki, yaxın gələcəkdə qardaş Türkiyə də bu qrupun bir başqa toplantılarına ev sahibliyi edəcək. Bu işdə biz hər bir dəstəyi verməyə hazırıq. Hər dönəmdə olduğu kimi, iki qardaş ölkə arasında dış ilişkilərdə ortaq maraqlar dəyişməz prinsiplər üzərindədir. Qlobal proseslərdə iki qardaş ölkənin birgə maraqlardan çıxış edəcəyinə və qarşılıqlı dəstəyə şübhəmiz yoxdur”.

Azay Quliyev Dağlıq Qarabağ məsələsində Türkiyənin Azərbaycana verdiyi dəstəyə görə də qardaş ölkəyə təşəkkürünü çatdırıb. Dağlıq Qarabağın Ermənistan işğalçı qüvvələri tərəfindən ilhaqı, milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşadığını xüsusi qeyd edən Azay Quliyev BMT-nin qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azay Quliyev Türkiyə və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı inam üzərində qurulduğunu bildirib. “Onu da diqqətə çatdırmaq istəyirəm ki, dostluqlar hər zaman fədakarlıq və əmək istər. İki ölkə xalqı bu dostluq və qardaşlıq bağının hər zaman davam edəcəyinə inanıram” –deyən Azay Quliyev çıxışını “Türkiyə və Azərbaycan nə olursa olsun bir-birinin tərəfində olacaq”- ifadəsi ilə bitirib.

Tədbirin sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təşəkkürlərini bildirən və fəaliyyətində uğurlar arzulayan" plaket Azay Quliyevə təqdim edilib.

Türkiyə prezidenti Azay Quliyevə təşəkkür etdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler