NATO Türkiyədən üzr istədi - VideoBölmə: GÜNDƏM
NATO baş katibi Yens Stoltenberqi Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. APA-nın xəbərinə görə, NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb. Qeyd edək ki, NATO-nun yaydığı üzrxahlıq açıqlamasında Ərdoğanın fotosunu seçən hərbçinin ordu sıralarından xaric olunduğu bildirilib. Həmin hərbçinin Norveç Ordusunda xidmət edən türk əsilli zabit olduğu müəyyənləşib. Onun sosial şəbəkələrdə Ərdoğanın adına saxta hesab açdığı da üzə çıxıb. Qeyd olunub ki, təlimdə Atatürkün fotosunu texnik seçib. Həmin şəxs də vəzifəsindən uzaqlaşdırılıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|