» » Elmar Məmmədyarov Moskvada həmsədrlərlə görüşür

Elmar Məmmədyarov Moskvada həmsədrlərlə görüşür

Bölmə: GÜNDƏM
Elmar Məmmədyarov Moskvada həmsədrlərlə görüşür
Rusiya paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, görüş qapalı formada Rusiya Xarici İşlər Nazirliyinin qonaq evində keçirilir.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

Danışıqlar başa çatdıqdan sonra Rusiya XİN-in müzakirələrin yekunlarına dair açıqlama yayacağı bildirilib.

Qeyd edək ki, noyabrın 14-də Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandiyan arasında görüşüb olub.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Bakıya və Yerevana səfər edəcək. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler