» » Nazir: “Türkiyənin Rusiyadan raket kompleksləri alması ölkənin suveren hüququdur”

Nazir: “Türkiyənin Rusiyadan raket kompleksləri alması ölkənin suveren hüququdur”

Bölmə: GÜNDƏM
Nazir: “Türkiyənin Rusiyadan raket kompleksləri alması ölkənin suveren hüququdur”
Türkiyənin Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Bu Türkiyənin suveren qərardır. Bununla belə, aydındır ki raket sistemləri NATO-nun silahları ilə uyğun gəlməyəcək. Bunu təmin etmək mümkün deyil. Türkiyə bunu nəzərə almalıdır”, deyə C.Mettis qeyd edib.

Qeyd edək ki, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksləri alıb. Ölkə prezidenti Ərdoğan isə silahlara görə artıq ilkin ödənişin edildiyini təsdiqləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler