» » Avronest PA-nın 6-cı plenar sessiyasında -

Avronest PA-nın 6-cı plenar sessiyasında - Fotolar

Bölmə: GÜNDƏM
Avronest PA-nın 6-cı plenar sessiyasında -
Xəbər verildiyi kimi, Azərbaycanın parlament nümayəndə heyəti Avronest PA-nın növbəti sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevdə səfərdə olub.

Nümayəndə heyətinin tərkibinə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlardan Məlahət İbrahimqızı, Rövşən Rzayev, Ağalar Vəliyev, Rauf Əliyev və Fərəc Quliyev daxil idilər.

30 oktyabr - 1 noyabr tarixlərində Kiyev şəhərində Avronest PA-nın 6-cı plenar sessiyası keçirilib.

Plenar sessiyada Azərbaycan 6, Ermənistan 8, Ukrayna 10, Moldova 6, Gürcüstan 10, Avropa Parlamenti 17 deputatla iştirak edirdilər. Tədbirə Aİ-nın digər qurumları, beynəlxalq və yerli QHT nümayəndələri və Ukrayna rəsmi şəxsləri də qatılıblar.

Sessiya çərçivəsində Avronest Parlament Assambleyasının Siyasi məsələlər, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi və Sosial məsələlər komitələrinin iclasları keçirilib.

Siyasi Komitədə Mətbuat azadlığı, İqtisadi Komitədə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi böhranın gənclər arasında işsizliyə təsirinin aradan qaldırılması, Enerji komitəsində 2015-ci il İqlim dəyişikliyinə dair Paris razılaşması ilə bağlı Şərq Tərəfdaşlığı ölkələri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, Sosial komitədə Şərq Tərəfdaşlığı ölkələrində əmək bazarında qadınların vəziyyətinə dair qətnamələr qəbul olunub.

Sosial komitənin iclasında komitəyə həmsədrlik edən Məlahət İbrahimqızı və komitənin üzvü Fərəc Quliyev iştirak edirdilər. Məlahət İbrahimqızı cari il sentyabrın 22-də Milli Məclisdə keçirilmiş “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans barədə geniş məlumat verdi. Bu konfrans ilə bağlı digər iştirakçıları da öz xoş təəssüratlarını paylaşdılar və Azərbaycana təşəkkürlər etdilər. Lakin, Bakıda həmin konfransda iştirak etmiş erməni qadın deputat bu konfransın anti-erməni təbliğatına çevrildiyini iddia etdi. Buna cavab olaraq Məlahət İbrahimqızı Ermənistandan qaçqın düşmüş azərbaycanlıların, xüsusən də qadınların bu qaçqınlığa görə çəkdikləri əziyyət barədə danışdı və qeyd etdi ki, hər kəs bu konfransdan çox razı qaldı və bu razılıq bu gün burada da hər kəs tərəfindən ifadə olundu, üstəlik bütün nümayəndə heyətləri, o cümlədən, erməni nümayəndə heyəti Bakıdakı konfransda tam azad şəkildə öz fikirlərini ifadə edib və rahat iştirak ediblər.

Bunun ardınca isə Fərəc Quliyev ermənilərin işğalçılıq siyasəti ilə bağlı əsirlikdəki azərbaycanlı qadınların düşdüyü ağır vəziyyət və Zod qızıl mədənlərində zorla işlədilməsi barədə çıxış etdi. Erməni qadın deputat buna qarşı dərhal cavab verdi ki, “Ermənistan heç bir ölkənin ərazisini işğal etməyib və bu doğru deyil”.

Avronest PA-nın plenar iclasında Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində kiber mövzularında hazırlanmış məruzələr dinlənildi və müzakirələr aparıldı.

Təşkilatın Siyasi komitəsinin iclasında Fuad Muradov, Rövşən Rzayev və Fərəc Quliyev Ermənistanın işğalçılıq siyasətinə dair çıxışlar etdilər.

Fuad Muradov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda sülhün və sabitliyin təmin olunmasına maneə törətdiyini bildirib, habelə beynəlxalq təşkilatları, o cümlədən Avropa İttifaqını münaqişənin beynəlxalq hüquq çərçivəsində və ədalətli həllində daha fəal olmağa çağırıb. Ermənistanın işğalçılıq siyasətinə qarşı təzyiqin artırılmasının vacibliyi vurğulanıb, münaqişənin sülh yolu ilə həllində irəliləyişin müşahidə olunduğu zaman Ermənistan hakimiyyətinin daim təxribatlara əl atdığı qeyd edilib.

Rövşən Rzayev Siyasi komitənin hesabatı barədə iştirakçılara məlumat verdi və öz fikirlərini paylaşdı. O, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi barədə dörd qətnaməsini tədbir iştirakçılarının nəzərinə çatdırmış və həmin konfliktin həllinin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipi əsasında mümkün olacağını vurğulayıb.

Milli Məclisin deputatı Fərəc Quliyev də eyni məzmunlu məruzə ilə çıxış edib və Avronest Parlament Assambleyasının bütün sənədlərində Gürcüstan, Moldova və Ukrayna ərazilərinin Rusiya, Dağlıq Qarabağın isə Ermənistan tərəfindən işğal olunduğu faktlarının əks olunmasını təklif edib, eləcə də işğalçı qoşunların həmin ərazilərdən dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edib.

Siyasi komitədə qəbul edilən Hesabatdan ermənilərin Azərbaycan əleyhinə təklif etdiyi bütün maddələr çıxarıldı.

Burada Qadın Forumuna yenicə həmsədr seçilmiş Milli Məclisin deputatı Məlahət İbrahimqızı Avropa Parlamentinin britaniyalı deputatı KlerMudi ilə birgə həmsədrlik edirdi. İclasda çıxış edən Məlahətİbrahimqızı Forumun gələcək planları və perspektivləri barədə çıxış etdi.
Enerji komitəsində Fuad Muradov, Rövşən Rzayev və Rauf Əliyev Azərbaycanın enerji sahəsindəki uğurlarından danışdılar. Muxtar Babayev Avronestin 2017-2018-ci illər üçün Enerji Komitəsinin həmməruzəçisi seçildi.

İqtisadi komitənin iclasında Ağalar Vəliyev və Rauf Əliyev iştirak edirdilər.Onlar Azərbaycanda iqtisadi inkişaf ilə bağlı iştirakçılara məlumat verdilər.
Təşkilatın Büro iclasında nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanı Fuad Muradov təmsil edirdi. İclasda erməni deputat Dağlıq Qarabağın digər münaqişələrdən kənar tutulmalı olduğunu təkidlə bildirirdi. Ən gərgin müzakirələr 24 noyabrda ŞT sammitinə edilən Müraciət ilə bağlı oldu. Ermənilərin təkidlərinə baxmayaraq, sənədəermənilərin Dağlıq Qarabağı digər münaqişələrdən fərqli xarakter olmasını göstərməsinin qarşısı alındı və ATƏT-in baza prinsipləri daxil edildi.

Azərbaycan əleyhinə nəzərdə tutulmuş sənədlərin Büroda qarşısı alındı və sənədlərə Azərbaycan mənafeyinə uyğun maddələr daxil edildi.

Plenar iclasda, əlifba sırasına görə əvvəl çıxış edən erməni deputat ArmenAşotyan Azərbaycanın Avronest-də onlara hücum etməyəcəyini və buranın münaqişələrdən danışmaq üçün uyğun yer olmadığını bildirdi.

Plenar iclasın açılışında Fuad Muradov çıxış etdi. O, çıxışında Azərbaycanın Aİ üçün əhəmiyyəti və onun bu yolda etdiyi fədakarlıqlar, Ermənistanın isə əksinə xarici ölkənin ordusunu öz ərazisində saxlaması, əks ittifaqlarda yer alması və Ermənistanın Aİ ilə əməkdaşlığı layiq olmaması və işğal edilmiş əraziləri azad etməsinə məcbur edilməsi üçün iqtisadi və siyasi sanksiyalara layiq olması və Bakı-Tbilisi-Qars dəmir yolu barədə danışdı.

Avronest PA-nın 6-cı plenar sessiyasında -
Avronest PA-nın 6-cı plenar sessiyasında -
Avronest PA-nın 6-cı plenar sessiyasında -
Avronest PA-nın 6-cı plenar sessiyasında -
Avronest PA-nın 6-cı plenar sessiyasında -
Avronest PA-nın 6-cı plenar sessiyasında -
Avronest PA-nın 6-cı plenar sessiyasında -
Avronest PA-nın 6-cı plenar sessiyasında -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler