» » Vüsalə Mahirqızı kimə görə hücuma məruz qalıb?-Təfərrüat

Vüsalə Mahirqızı kimə görə hücuma məruz qalıb?-Təfərrüat

Bölmə: GÜNDƏM
Vüsalə Mahirqızı kimə görə hücuma məruz qalıb?-Təfərrüat
“APA Holding”in rəhbərliyində təmsil olunan şəxslər arasında baş verən qarşıdurma gündəmin əsas mövzusuna çevrilib. Onlayn portalların gün ərzində A24.az saytına istinadən yaydığı məlumata görə, holdinqin rəhbəri Vüsalə Mahirqızı İT üzrə mütəxəssis, eyni zamanda vitse-prezident vəzifəsini daşıyan Arif Şəmistanlını işdən qovub. APA əməkdaşlarından əldə etdiyimiz xəbərə görə, A.Şəmistanlı adı çəkilən holdinqdə işləməsi üçün gənc bir qızı işə götürüb.

Amma gənc qızın işə qəbul edilməsi holdinq prezidenti tərəfindən müsbət qarşılanmayıb. Vüsalə Mahirqızı ad və soyadını dəqiqləşdirməyə çalışdığımız qızı və A.Şəmistanlını işdən qovub. Sözügedən şəxsin Vüsalə Mahirqızı ilə görüşmək istəyi baş tutmayıb. Bundan əsəbiləşən Arif Şəmistanlı Vüsalə Mahirqızının kabinetinin qapısını sındırıb.

İçəridə əlbəyaxa dava edən prezidentlə vitse prezidenti ayırmaq üçün mühafizəçilər kabinetə daxil olsalar da, buna nail ola bilməyiblər.

Səs-küyə bütün holdinq əməkdaşları gəlib. Vüsalə Mahirqızının kabinetindəki bütün əşyalar A.Şəmistanlı tərəfindən dağıdılaraq sındırılıb.
Daha sonra əməkdaşlardan biri polisə telefon açaraq kömək istəyib. Xətai rayon Polis İdarəsinin əməkdaşları APA-nın adıçəkilən rayon ərazisində yerləşən ofisinə gələrək Arif Şəmistanlını və hadisə şahidləri olan 2 nəfər mühafizəçini bölməyə aparıblar.Bölmədə A.Şəmistanlıdan baş verən hadisə ilə bağlı izahat alınıb. O, Bakı şəhərini tərk etməmək şərtilə sərbəst buraxılıb. Hazırda hadisənin detalları Xətai RPŞ-nin əməkdaşları tərəfindən araşdırılır.

Qeyd edək ki, sözügedən olaya qədər Vüsalə Mahirqızı ilə Arif Şəmistanlının münasibətləri çox yaxşı olub. İT mütəxəssisi olan vitse prezident holdinqdə üstün səlahiyyətləri ilə seçilib.

Bu məsələ ilə bağlı məlumatlar bir çox media orqanlarında dərc olunsa da, sonra APA rəhbərliyinin təhriki ilə saytlardan sildirilib.

Arif Şəmistanlı isə, “APA Holding”dən ayrıldığını “facebook” da yazdığı bu statusla təsdiqləyib:

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Məsələni araşdırmaqda davam edəcəyik.

© Alim Məmmədov/ Musavatxeber.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler