» » "O terminlərə toxunmaq lazım deyil" -

"O terminlərə toxunmaq lazım deyil" - Elçin Mirzəbəyli

Bölmə: GÜNDƏM
"O terminlərə toxunmaq lazım deyil" -
Terminologiya Komissiyasının bəzi söz və terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirməsinə çox müsbət yanaşıram.

Xalqinfo.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi, politoloji terminlərə toxunmaq lazım deyil:

“Məsələn, “embarqo” iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi “qadağa” sözü isə “embarqo” termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir.

“Embarqo” hər hansı dövlətlə iqtisadi-ticari əlaqələrin tam, yaxud qismən kəsilməsi yolu ilə ona iqtisadi-siyasi təsir göstərilməsi anlamını verir. “Embarqo” beynəlxalq təhlükəsizliyi təhdid edən dövlətlərə qarşı ən çox istifadə olunan siyasi təzyiq formasıdır.

Teminlər ona görə yaradılır ki, iqtisadi, siyasi, sosial və digər anlayışları daha konkret, lakonik şəkildə ifadə etmək mümkün olsun. Yəni “embarqo” sözü “qadağa”dan fərqli olaraq heç bir əlavə şərh verilmədən daşıdığı məna yükünü ətraflı şəkildə ifadə edir.

Kompüterdə “mouse”-nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklifini də uğurlu hesab etmirəm. Çünki bütün əməliyyat sistemlərində “bələdçi” funksiyası var”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək təsdiqlənib. Həmin sözləri təqdim edirik:

Zaryadka - yükləmə, adapter - yükləyici, embarqo - qadağa, evakuasiya - köçürülmə, proqnoz - öncəgörmə, konsensus - yekdillik, kserokopiya - üzçıxarma, like - bəyənmə, mesaj - ismarıc.

Kompüter “mouse”-nun qarşılığı kimi isə “bələdçi” sözündən istifadə olunması təklif edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler