Temur Abazov Marneuli rayon icra başçısı seçildi - YenilənibBölmə: GÜNDƏM
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonların icra başçısı vəzifəsinə seçkilərin ilkin nəticələri məlum olub. “Xalqinfo”nun məlumatına gröə, APA-nın yerli bürosu Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, Marneuli rayonunun 89 seçki məntəqəsinin 69-u üzrə səsvermənin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” Partiyasının namizədi Temur Abazov 70,79 faiz səs əldə edib. Səs çoxluğuna görə ikinci yeri 17,68 faizlə müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev tutub. Azərbaycanlıların sıx yaşadıqları Qardabani, Bolnisi, Dmanisi rayonları üzrə də icra başçısı vəzifələrinə seçkilərin ilkin nəticələrinə əsasən, hakim partiyanın namizədləri səs çoxluğu əldə ediblər. Müvafiq olaraq Ramaz Budaqaşvili 72,54 faiz, Davit Şerazadişvili 85,59 faiz və Giorgi Tatuaşvili 77,6 faiz səslə birinci yerdədirlər. *** Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısına namizədi Temur Abazov seçkilərdə qələbə qazanıb. APA-nın yerli bürosu Gürcüstanın Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, T.Abazov 68,05 faiz səs əldə edib. Səs çoxluğuna görə ikinci yeri 21,33 faizlə müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev, üçüncü yeri isə 6,29 faiz səslə müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Rəhim Əsgərov tutub. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|