» » “Biz öz gücümüzə arxalanmalıyıq” -

“Biz öz gücümüzə arxalanmalıyıq” - Baş nazirin müavini

Bölmə: GÜNDƏM
“Biz öz gücümüzə arxalanmalıyıq” -
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir”.

Xalqinfo.az xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir: “Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir”.

Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasına toxunan Ə.Həsənov diqqətə çatdırıb ki, Ermənistandakı cinayətkar rejimə rəhbərlik edən Serj Sarkisyan sessiyadakı çıxışında həmişə olduğu kimi heç bir əsasa söykənməyən fikirləri böyük gülünc doğurdu və Ermənistanın özündə böyük narahatçılıq səbəb oldu.

“Bu çıxışla Ermənistan prezidenti özünü bütün dünya ictimaiyyəti qarşısında rüsvay etdi. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin mötəbər tribunasında məğrurcasına dayanaraq, faktlara söykənən təmkinli və yüksək səviyyəli çıxışı ilə son 25 ildə Ermənistanın cinayətkar rejiminin törətdiyi hadisələri bütün dünyanın diqqətinə çatdırdı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler