» » Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub

Bölmə: GÜNDƏM
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.

Xalqinfo.az xəbər verir ki, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Müdafiə nazirləri hərbi sahədə əməkdaşlığın inkişafının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, xüsusilə Müdafiə Nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Tərəflər Azərbaycan və Gürcüstan ərazisində həyata keçirən mühüm infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini də xüsusi vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler