» » “Heç kim heç bir halda Azərbaycana qarşı kurator vəzifəsini yerinə yetirə bilməz”

“Heç kim heç bir halda Azərbaycana qarşı kurator vəzifəsini yerinə yetirə bilməz”

Bölmə: GÜNDƏM
“Heç kim heç bir halda Azərbaycana qarşı kurator vəzifəsini yerinə yetirə bilməz”
“Avropa Şurasının baş katibi Yaqland təşkilatın statusundan istifadə edərək Azərbaycana qarşı kampaniya aparır. O, artıq öz səlahiyyətlərinin çərçivəsini aşır”.

Xalqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycan Avropa Şurasına öz dəyərlərinə söykənərək şüurlu şəkildə qəbul olunub.

“Lakin Avropa Şurasının baş katibi Yaqland Azərbaycanla təşkilat arasında soyuqluq yaratmağa, körpüləri yandırmağa çalışır. Onun hərəkətləri Avropa Şurasının nüfuzuna xələlə gətirir”.

A.Mirzəzadə qeyd edib ki, AŞPA və Avropa Şurası Nazirlər Kabineti bu məsələyə qiymət verməlidir. “Heç kim heç bir halda Azərbaycana qarşı kurator vəzifəsini yerinə yetirə bilməz. Azərbaycandan beynəlxal hüquq normalarına zidd həhərəkət tələb etmək beynəlxalq diplomatik etikanı pozmaq deməkdir. Yaqland bilməlidir ki, Azərbaycan qarşı qeyri-qanunu addımlar atmaqla heç nə əldə etməyəcək”.


www.xalqinfo.az / Şəfa Rasimqızı /

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler