» » “Mardan Palace” otaq sifarişini dayandırdı -

“Mardan Palace” otaq sifarişini dayandırdı - AST Telmanın oteli bağlandı?

Bölmə: GÜNDƏM
“Mardan Palace” otaq sifarişini dayandırdı -
Azərbaycanlı milyarder Telman İsmayılova məxsus “Mardan Palace”də artıq yer sifarişləri dayandırılıb.

“Xalqinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, otel internet vasitəsilə otaq sifarişlərini qəbul etmir. Belə ki, müştəri onlayn rezerv etmək istəyən zaman axtarılan kriteriyalara uyğun yer olmadığı bildirilir.

Bu da azmış kimi, otelin uzun zamandır maaş ala bilməyən işçiləri Əmək və İş İdarəsinə şikayət ediblər. “Mardan Palace”in rəhbərliyi isə otelin bağlanmadığını, rezervasiya qəbullarının 1 həftə müddətinə dayandırıldığını açıqlayıb.

Xatırladaq ki, bu ilin avqustunda da eyni problem yaşanmışdı və rəhbərlik otelin müvəqqəti olaraq bir həftəliyə rezervasiyaları qəbul etməyəcəyini açıqlamışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler