» » "Münaqişə regional təhlükəsizliyə təhdiddir" -

"Münaqişə regional təhlükəsizliyə təhdiddir" - Elmar Məmmədyarov

Bölmə: GÜNDƏM
"Münaqişə regional təhlükəsizliyə təhdiddir" -
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf etdirilməsinin yolları müzakirə edilib, habelə konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd olunub.

Nazir Elmar Məmmədyarov beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar müvafiq beynəlxalq təşkilatların, o cümlədən ATƏT PA-nın töhfəsinin və rolunun təqdir edildiyini bildirib.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

E. Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Tərəflər parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edərək, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Kristin Muttonen ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib. O, həmçinin multikulturalizm dəyərlərinin təşviqində Azərbaycanın rolunu təqdir edib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler