» » Azərbaycan XİN İspaniyadakı terroru pislədi

Azərbaycan XİN İspaniyadakı terroru pislədi

Bölmə: GÜNDƏM
Azərbaycan XİN İspaniyadakı terroru pislədi
Azərbaycan İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyir.

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib: "Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

XİN rəsmisi deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır:

"Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniyanın xarici işlər naziri Alfonso Maria Dastisə başsağlığı məktubu göndərib".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler