» » "İt uşağın başından çeynəməyə başladı" -

"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi

Bölmə: GÜNDƏM
"İt uşağın başından çeynəməyə başladı" -
Sumqayıtda ötən ayın 31-də 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib. Xalqinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə mikrorayonun 40-ci binasının qarşısında olan uşaq meydançasında baş verib. Zeynəb meydançada turnikdən sallanarkən it onu tutaraq aşağı yıxıb və baş nahiyəsindən dişləyib. Uşağı itin əlindən xilas edən Asif Kərimov hadisəni belə xatırlayır.

Hadisə şahidi Asif Kərimov deyir ki, it uşağın belindən tutub yerə yıxıb: "Sonra başından çeynəməyə başladı. Tutub qolundan apardım, təcili yardım dedi ki, bizlik deyil".

Azyaşlının babası Tofiq Seyfəliyev isə deyir ki, uşağı tutan iti yoxlamayıblar: "Yoxlamadılar ki, bu it quduzdur yoxsa, yox. 3 gün orada yatırıb evə göndəriblər. Dedilər ki, həftədə bir dəfə gələrsiz iynə vurarıq. Sonra qızdırması qalxdı və tez xəstəxanaya apardıq".

Sumqayıt şəhər Səhiyyə şöbəsindən suallarımıza cavab verən olmasa da Təcili Tibbi Yardım Xəstəxanasından bildirdilər ki, iyulun 31-də xəstəxanaya daxil olan Zeynəb Mikayılzadəyə lazımi tibbi yadımlar göstərilib. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Burada 5 yaşlı uşağa daha bir vaksin vurulub. Amma bu da onun həyatda qalmasına kifayət etməyib. Zeynəbin dünyasını dəyişməsinə səbəb kimi onun immunitetinin aşağı olması və kəskin hemoqlobinin azlığı göstərilir.

Sumqayıtda son 40 gündə 199 nəfəri it dişləyib. Təkcə iyul ayında 133, avqustun 17 günü ərzində isə 66 sakin it dişləməsi ilə bağlı həkimə müraciət edib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler