» » FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib

FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib

Bölmə: GÜNDƏM
FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib
Avqustun 17-sinə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 172 nəfəri xilas edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib. O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı 54 nəfər olub:

“172 nəfərdən 118-i bizim xilasetmə avadanlıqları ilə təchiz olunmuş və nəzarətdə olan çimərliklərdə xilas olunub.

Qalan 54 nəfəri isə nəzarətsiz çimərliklərdə suda boğulma təhlükəsi ilə üzləşənlərdir. 54 nəfərdən 30-u su kanallarında, Kür sahilində xilas edilənlərdir. Çox az hissəsi isə dənizin nəzarətdə olmayan hissəsində xilas edilib”.

Qeyd edək ki, vətəndaşlar təhlükə zamanı 112-yə zəng edə bilər.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler