» » Azərbaycan Pakistandan 10 təlim-məşq təyyarəsi alıb

Azərbaycan Pakistandan 10 təlim-məşq təyyarəsi alıb

Bölmə: GÜNDƏM
Azərbaycan Pakistandan 10  təlim-məşq təyyarəsi alıb
Azərbaycan Pakistandan HHQ üçün 10 "Super Mushshak" təlim-məşq təyyarəsi alıb.

Xalqinfo.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Xinhua agentliyi Pakistan HHQ bəyanatına istinadən xəbər verir.

Təyyarələrin alınması ilə əlaqədər Azərbaycanda baş tutan imzalanma mərasimində Pakistan aviasiya Marşalı Arşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov iştirak ediblər.

Saziş həmçinin təlimin keçirilməsini və texniki yardım göstərilməsini nəzərdə tutur.

"Bu əlamətdar saziş qardaş ölkələr arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək", - deyə bəyanatda bildirilir.

Bu tipli təyyarə artıq Türkiyə, Nigeriya, Qətər Səudiyyə Ərəbistanı, Oman, İran və CAR-da istifadə olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler