» » Azərbaycanlı jurnalist İtaliya mediasında erməni vəhşiliyindən yazdı

Azərbaycanlı jurnalist İtaliya mediasında erməni vəhşiliyindən yazdı

Bölmə: GÜNDƏM
Azərbaycanlı jurnalist İtaliya mediasında erməni vəhşiliyindən yazdı
“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu İtaliya mediasında erməni vəhşiliyi və 2 yaşlı Zəhranın qətlindən yazıb.

Xalqinfo.az “Körpələrin qətli bəşəri cinayətdir” başlıqlı və “Azərbaycanda 2 yaşlı Zəhra bu cinayətin qurbanı oldu” yarımbaşlıqlı yazını təqdim edir:

-İyulun 4-də Azərbaycanda Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Körpə - Zəhra balamız və onun nənəsi Sahibə Quliyeva erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildi.

Xatırladım ki, bu ilk hadisə deyil. Erməni sihalı qüvvələri Azərbaycan kəndlərini mülki vətəndaşları daim atəş altında saxlayır və nəticədə uşaqlar, qadınlar, qocalar qətlə yetirilirlər.

Amma çox təəssüf ki, dünya bu insanlıq cinayətinə göz yumur.

Heç bir nəticəsi olmayan ATƏT-in Minsk qrupu sadəcə bir bəyanatla kifayətləndi ki, bu da Azərbaycanda hiddətlə qarşılandı.

1994-cü ildən atəşkəs elan olunub. Amma atəşkəs dövründə 33 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 19-u isə yaralanıb.
2 yaşlı Zəhranın qətli isə Azərbaycan xalqını bir daha sarsıtdı. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib.

Bu cür faciələrin təkrar olunmaması, dünyada körpələrin öldürülməməsi üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, xüsusilə media səfərbər olmalı, duyarsız qalmamalıdır. Xüsusilə dünyada öz çəkisi və yeri olan italyan mediasından da diqqət gözləyirik...

Yazıya bu linkdən baxmaq mümkündür:

http://www.riverflash.it/wordpress/?p=91276

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler