» » 1000 ədəd London taksisi Azərbaycana oğurluq gətirilib?

1000 ədəd London taksisi Azərbaycana oğurluq gətirilib?

Bölmə: GÜNDƏM
1000 ədəd London taksisi Azərbaycana oğurluq gətirilib?

Bir neçə taksi sürücüsü tərəfindən ilginc məlumat yayılıb. Onların sözlərindən bəlli oldu ki, indiyədək Azərbaycana 1500 London taksisi gətirilib, lakin indi onların 1000 ədədi yığışdırılır: «Artıq bu ilin avqustundan aidiyyəti şirkət tərəfindən bizə məlumat verilmişdi ki, taksiləri geri təhvil verin, çünki 500-dən sonra gələn nömrəli taksilər gömrük nəzarətindən keçməyib, yəni gömrük rüsumu ödənilməyib… Artıq bıçaq boğaza dirənib. Biz həmin taksilərə görə bir ətək pul ödəmişik. Daha doğrusu, rüşvət vermişik. İndi kimsə bu taksiləri Azərbaycana oğurluq gətirib və dövlət rüsumunu verməyibsə, bunun bizə nə aidiyyəti??? Bir də, necə ola bilər ki, ona yaxın general rütbəli vəzifəlisi olan Azərbaycan Gömrük Komitəsindən bu qədər taksini necə sərhədi keçirib gətirmək olar? Biz bununla bağlı Prezident İlham Əliyevə müraciət edirik. Xahiş edirik, müraciətimizi olduğu kimi verin. Qoy aidiyyəti dövlət qurumları bu işdə kimlərin rüşvət üstündə nə əməl sahibi olduğunun şahidi olsunlar, Prezident İlham Əliyev kimlərin nə əməl sahibi olduğunu bilsin!».

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler