» » "TANAP 2018-ci ilin ortalarında istismara veriləcək" -

"TANAP 2018-ci ilin ortalarında istismara veriləcək" - Türkiyəli nazir

Bölmə: GÜNDƏM
"TANAP 2018-ci ilin ortalarında istismara veriləcək" -
"TANAP 2018-ci ilin ortalarında istismara veriləcək".

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bunu XXII Dünya neft Kongresinin açılışındakı çıxışında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Bərat Albayrak deyib.

Türkiyənin son illərdə həyata keçirməyə hazırlaşdığı böyük enerji layihələrindən danışan nazir Albayrak, Bakı-Tbilisi-Ceyhan kəməri sayəsində Ceyhan limanını dünyanın ən önəmli enerji nəqli mərkəzlərindən biri halına gətirdiklərini vurğulayıb.

Bərat Albayrak deyib: ”Qonşu ölkələrdə yaşanan iqtisadi problemlərlə müqayisə edəndə Türkiyənin cəsarətlə çox mühüm enerji layihələrinin altına imza atdığını görürük. Bunlardan biri də Türkiyənin və Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli yeri olacaq TANAP layihəsidir. Biz layihədə işin yarısından çoxunu görmüşük, gələn ilin ortalarında TANAP layihəsini istismara verəndən sonra Türkiyə və Avropa o xətdən fasiləsiz şəkildə təbii qaz ala biləcək”

İyulun 10-da XXII Dünya Neft Konqresinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyində keçiriləcək dövlət başçıları mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyeviştirak edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler