» » Londonda erməni səfirliyi qarşısında aksiya -

Londonda erməni səfirliyi qarşısında aksiya - Foto

Bölmə: GÜNDƏM
Londonda erməni səfirliyi qarşısında aksiya -
Ermənistanın son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar işğalçı ölkənin Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Xalqinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Aksiyada azərbaycanlılarla yanaşı, ermənilərin terrorçu əməllərini qınayan əcnəbilər də iştirak ediblər.

Əllərində həmvətənlərimizin həlak olması və ermənilərin terrorçu siyasətləri ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları “Biz ədalət istəyirik”, “Qarabağ Azərbaycanındır” və “Siz uşaq qatillərisiniz” kimi şüarlar səsləndiriblər.

Londonda erməni səfirliyi qarşısında aksiya -
Londonda erməni səfirliyi qarşısında aksiya -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler