» » ABŞ rəsmisindən Sarkisyana açıq məktub - Zəhrayla bağlı

ABŞ rəsmisindən Sarkisyana açıq məktub - Zəhrayla bağlı

Bölmə: GÜNDƏM
ABŞ rəsmisindən Sarkisyana açıq məktub - Zəhrayla bağlı
Balaca Zəhranın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona Nümayəndələr Palatasının üzvü Ermənistan prezidentinə açıq məktub göndərib.

XİN-dən "Xalqinfo"ya daxil olan məlumata görə, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter (Donald Shooter) Ermənistan prezidenti Serj Sarqsyana açıq məktub ünvanlayıb. Məktubun bir surəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilib.

Məktubda mülki vətəndaşların, xüsusilə də uşaqların qətlə yetirilməsinin tamamilə qeyri-məqbul olduğu və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğu qeyd olunur.

Ermənistan-Azərbaycan münaqişəsi barədə danışan D.Şuter, Azərbaycanın suveren ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsinin və etnik təmizləməyə məruz qoyulmasının çağdaş Avropa tarixinin ən qara səhifələrindən biri adlandırır.

Münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan qoşunları tərəfindən müxtəlif qəddarlıqların törədildiyini qeyd edən D.Şuter, bu səpkidə Xocalı qətliamını diqqətə çatdırır.

Sonda mülki əhalinin hədəfə alınmasını tamamilə qəbuledilməz olduğunu vurğulayan D.Şuter, balaca Zəhra və onun nənəsinin öldürülməsini qətiyyətlə pislədiyini bildirərək, Ermənistan prezidentini bu dəhşətli cinayəti pisləməyə və bu cinayəti törədənləri tezliklə taparaq məsuliyyətə cəlb etməyə, eləcə də belə faciələrin təkrarlanmaması üçün müvafiq tədbirləri görməyə çağırır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler