» » “İrəli” bəyanat yaydı

“İrəli” bəyanat yaydı

Bölmə: GÜNDƏM
“İrəli” bəyanat yaydı
İrəli İctimai Birliyi Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisi və mülki obyektlərini iyul ayının 4-də müxtəlif ölçülü odlu silahlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həyatını itirməsi, Sərvinaz Quliyevanın yaralanması və mülki obyektlərə zərər yetirilməsi haqda bəyanat yayıb.

Xalqinfo” həmin bəyanatı təqdim edir:

“İlk öncə, həlak olan dinc sakinlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralanan Quliyeva Sərvinaz xanıma tezliklə şəfa tapmasını diləyirik.

Biz, Azərbaycan gəncliyi olaraq dünya miqyasında erməni vandalizmi və vəhşiliyinə qarşı fəal şəkildə daima mübarizə aparmışıq. Bu gün, xarici ölkələrin manipulyasiya aləti kimi istifadə etdiyi saxta bəyanatları ilə, həmçinin Dağlıq Qarabağ, Xocalı soyqırımı və qondarma Erməni soyqırımı ilə bağlı reallıqların aşkara çıxarılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanınmasında gənclər fəal iştirakı və təşəbbüsü ilə fərqlənir.

Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq insan hüquqları, Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı beynəlxalq hüquq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin düşmən tərəfindən kəskin şəkildə pozulması cəbhəyanı bölgələrdə insanların öldürülməsi, mülki obyektlərə zərər vurulması ilə nəticələnir.

Ötən ilin aprel ayında cəbhə xətti boyunca atəşkəsin aramsız pozulması Azərbaycanın silahlı müdaxiləsi ilə nəticələndi, 4 gün boyunca baş verən müharibə müddətində strateji əhəmiyyətli ərazilər qaytarıldı, düşmən tərəfi böyük itki ilə üzləşdi. Bu göstərici Azərbaycanın ordu gücünün mütləq üstünlüyünün sübutu olmasına baxmayaraq, ölkəmiz münaqişənin sülh yolu ilə həll olunmasının, insan tələfatına yol verilməməsinin tərəfdarıdır.

Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfini insaların qəsdən öldürülməsinə yönəlmiş insanlığa sığmayan əməllərinə son qoyması ilə bağlı ATƏT-in Minsk Qrupunun təkidlərinə baxmayaraq düşmən öz çirkin əməllərindən əl çəkmir. Ermənistan dövlətinin, beynəlxalq humanitar hüququn və insan haqlarının ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı qəbul edən və qoşulan ölkələrdən biri olmasına baxmayaraq, dinc əhalinin bu kimi alçaq hücümlarla bilərəkdən qətlə yetirilməsi, adıçəkilən Konvensiyaya zidd hərəkət edilməsini göstərir.

Ermənistan tərəfinin bu kimi atəşkəsi pozması nəticəsində ölən azyaşlı uşaqların sayı il ötdükcə artır. Törədilmiş bu təxribat vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

İrəli İctimai Birliyi bəyan edir ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin yaranmasına əsas səbəbdir. Biz beynəlxalq qurumlardan Ermənistana qarşı daha da sərt olmalarını və sanksiyaların tətbiq edilməsini tələb edirik”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler