» » Jurnalist həmkarları ittifaqlarının durumu ilə bağlı çağırış

Jurnalist həmkarları ittifaqlarının durumu ilə bağlı çağırış

Bölmə: GÜNDƏM
Jurnalist həmkarları ittifaqlarının durumu ilə bağlı çağırış
Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən “Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində iyunun 30-da Bakıda “Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meyilləri” mövzusunda konfrans keçirilir.

Xalqinfo.az xəbər verir ki, konfransda Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov jurnalist həmkarlar təşkilatlarının fəaliyyətindən danışıb.

Layihə barədə danışan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli jurnalist həmkarlar təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsinin günün tələbi olduğunu deyib.

Beynəlxalq Jurnalistlər Federasiyasının layihələr departamentinin rəhbəri Adrien Collin bildirib ki, işçilərlə sahibkarlar arasında sosial dialoq qurulmasının vacibliyini vurğulayıb. O, həmkarlar ittifaqının fəaliyyətinin əsasında işçilərin problemlərinin diqqətdə saxlanılması, işə götürülərkən işçilərin hüquqlarının qorunması olduğunu bildirib. Adrien Collin həyata keçirilən layihə çərçivəsində “Həmkarlar ittifaqı təşkilatının üzvünün məlumat kitabı” və “Əmək hüquqları və onların qorunması mexanizmləri: Kollektiv danışıqlar və kollektiv müqavilələr” kitabçalarının çap edildiyini diqqətə çatdırıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vuqar Səfərli jurnalist həmkarlar təşkilatlarının fəaliyyətindən danışaraq deyib ki, əksər redaksiyalarda həmkarlar təşkilatları yoxdur. Bu da jurnalistlilərin fəaliyyətində çətinliklər yaradır. Jurnalistlərin hüquqları qorunmalı, əmək müqaviləsi bağlanmalıdır. Həmkarlar təşkilatları olarsa, bu kimi problemlər aradan qalxar. Azərbaycanda müvafiq sahədə güclü bir həmkarlar ittifaqı yaransa, bu, jurnalistikanın inkişafına səbəb olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler