» » Xarici media Qərb Universitetinin imtahan modellərindən yazdı

Xarici media Qərb Universitetinin imtahan modellərindən yazdı

Bölmə: GÜNDƏM
Xarici media Qərb Universitetinin imtahan modellərindən yazdı
Türkiyənin www.gazetekazan.com saytı Qərb Universitetinin imtahan modelləri barədə yazıb. “Azərbaycanın bu universiteti unikal imtahan formalarından istifadə edir” sərövhələri yazıda Qərb Universitetinin tətbiq etdiyi imtahan modelləri şərh olunur, eyni zamanda universitet barədə oxuculara məlumatlar verilir.

Materialda bildirilir ki, mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə "Açıq kitab”, "Təqdimat”, "Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir, tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.

Daha bir maraqlı fakt odur ki, bu universitetdə tələbələr imtahan formasını özləri müəyyən edir.
Materialda daha sonra vurğulanır ki, universitetin İmtahan Mərkəzindən verilən məlumata görə “Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilər: "Bununla belə suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir”.

“Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır.
Sayt Qərb Universitetinin imtahanların təşkili ilə bağlı bir müddət öncə etdiyi dəyişiklikdən də bəhs edir və qeyd edir ki, yeniliyə əsasən hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.

Müəllif ümumilikdə Qərb Universiteti barədə məlumatları diqqətə çatdıraraq qeyd edir ki, bu ali təhsil ocağı tədris keyfiyyəti, maddi-texniki bazası və beynəlxalq əlaqələri baxımından ölkənin ən qabaqcıl təhsil ocaqlarından biridir. Universitetin beynəlxalq əlaqələr şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Bu əlaqələr çərçivəsində əməkdaşlığa müəllim və tələbə mübadilə proqramları, eləcə də ikili diplom layihələri və s. daxildir.

Yazının tam mətni ilə bu linkdə tanış olmaq olar:

http://www.gazetekazan.com/2017/06/azerbaycann-bu-universitesi-benzersiz.html?m=1

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler