» » Millət vəkili 3 ölkənin fəal qadınları ilə görüşdü

Millət vəkili 3 ölkənin fəal qadınları ilə görüşdü

Bölmə: GÜNDƏM
Millət vəkili 3 ölkənin fəal qadınları ilə görüşdü
Millət vəkili Qənirə Paşayeva Hindistan, Vyetnam və Kombocanın tanınmış qadınları ilə görüşüb.

Xalqinfo.az xəbər verir ki, görüşdə Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı danışıb.

Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı da məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsini diqqətə çatdırıb.

Azərbaycanın Hindistan, Vyetnam və Komboca ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva onlara ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə roluundan və fikir mübadiləsi olub. Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərin sonunda millət vəkili Q.Paşayeva Hindistan, Vyetnam və Kombocanın tanınmış təşkilat rəhbərlərinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler