» » Bu ölkədə istilərə görə iş saatları azaldıldı

Bu ölkədə istilərə görə iş saatları azaldıldı

Bölmə: GÜNDƏM
Bu ölkədə istilərə görə iş saatları azaldıldı
Çexiyada son günlər müşahidə olunan istilərlə əlaqədar əksər nazirlik və idarələrdə, eləcə də firmalarda iş saatları azaldılıb.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə ölkənin sənaye və ticarət naziri Frantişek Kotrba deyib.
Onun sözlərinə görə, bir sıra şəxslər, xüsusilə də yaşlı əməkdaşlar belə şəraitdə işləməkdə çətinlik çəkirlər, tez-tez həkimə müraciət etməli olurlar. Bu səbəbdən qurum rəhbərləri, xüsusilə də kondisioner sistemi olmayan müəssisələr əməkdaşlarını iş vaxtından 2-3 saat tez buraxmaq üçün nazirliyə müraciət ediblər.

Qeyd edək ki, ötən həftənin sonundan etibarən Çexiyada havanın temperaturu 33-35 dərəcəyə yüksəlib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler