» » Bakıda “Ramazan və İslam dünyasının birliyi” konfransı baş tutub

Bakıda “Ramazan və İslam dünyasının birliyi” konfransı baş tutub

Bölmə: GÜNDƏM
Bakıda “Ramazan və İslam dünyasının birliyi” konfransı baş tutub
İran İslam Respublikasının (İİR) Azərbaycandakı səfirliyi Qüds Günü münasibətilə “Ramazan və İslam dünyasının birliyi” mövzusunda konfrans keçirib.

Xalqinfo.az-ın məlumatına görə, tədbirdə İİR-in Azərbaycandakı səfiri Seyid Cavad Cahangirzade ,Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, millet vəkilləri Aydın Mirzəzadə, Tahir Kerimli, Əflatun Amaşov, QAT-ın rehberi Akif Nağı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və başqaları iştirak edib. Tədbirə həmçinin Azərbaycanın Dinin Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları da qatılıb.

Əvvəcə “Qurani-Kərim”dən surələr oxunub. Çıxışlarda Ramazan bayramının sonuncu cümə gününə düşən bu günün əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Qüds Gününün əsası İran İslam İnqilabının rəhbəri Xomeyni tərəfindən qoyulub. Çıxışlarda Qarabağın və Fələstin torpaqlarının tezliklə azad edilməs vurğulayıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler