» » Azərbaycanda 3-cü Beynəlxalq Yoqa Günü qeyd olunur

Azərbaycanda 3-cü Beynəlxalq Yoqa Günü qeyd olunur

Bölmə: GÜNDƏM
Azərbaycanda 3-cü Beynəlxalq Yoqa Günü qeyd olunur
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı, Sumqayıt, Qobustan və Gəncə daxil olmaqla, bir çox şəhərlərdə 3-cü Beynəlxalq Yoqa Günü çərçivəsində ictimaiyyətə açıq yoqa seansları və tədbirləri keçirilir.

Xalqinfo.az xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Azərbaycanda yoqa həftəsi Hindistanın Azərbaycandakı Assosiasiyasının üzvləri və Yoga Shahi, Art of living Azərbaycan, Sirvananda Yoqa Mərkəzi kimi yoqa məktəblərindən olan 150 nəfərdən artıq yoqa həvəskarının iştirakı ilə iyunun 18-də Qobustanda açıq havada keçirilən yoqa seansı ilə başlayıb.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqların və nəfəs üsullarının vəhdətindən ibarət olduğunu bildirib. Yoqa hər yaşda olan insanın yerinə yetirə biləcəyi sadə hərəkətlərdən ibarətdir.

Səfir S.Rana Azərbaycanda Yoqa Həftəsi çərçivəsində ictimaiyyətə açıq bir neçə tədbirin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Tədbirlər İçərişəhərdə (21 iyun), Gəncədə (23 iyun), Sumqayıtın yeni Dənizkənarı Bulvarında (24 iyun) və Atəşgahda, Suraxanı qəsəbəsində (25 iyun) keçiriləcək. Bütün tədbirlər ictimaiyyətə açıqdır və iştirak üçün heç bir ödəniş tələb olunmur. Yoqasevərlər və fitnes həvəskarları, yeni başlayanlar və təcrübəli şəxslər yoqa seanslarına qoşula bilərlər.

Yoqa bütün dünyada populyarlaşmaqdadır. 2014-cü ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv dövlətləri 21 iyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər. Həmin tarixdən etibarən 21 iyun Beynəlxalq Yoqa Günü dünyada milyonlarla insan tərəfindən qeyd olunur.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler